
Zamanın tərsinə hərəkət etdiyi anti-kainat aşkar edilib.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə hindistanlı fizik Naman Kumar danışıb.
Alternativ nəzəriyyə işləyib hazırladığını deyən alimin qənaətincə, Günəş sistemi Böyük Partlayış nəticəsində təklikdən yaranmayıb, kvant prosesi nəticəsində əmələ gəlib. O zaman, eyni zamanda, zamanın əks istiqamətdə hərəkət etdiyi bir anti-kainat meydana çıxıb.
Qeyd edək ki, elmi araşdırmanın nəticələri “Europhysics Letters” jurnalında dərc olunub.
V. QULİYEV