Bu gün xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinskinin xatirə günüdür.
Missiya.Az xəbər verir ki, o, 1901-ci ildə avqust ayının 20-si Şuşada dünyaya gəlib.
Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Sənətkar xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni bir çalarlar aşılayıb. Onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub.
18 mart 1979-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.
Zərintac Mayisqızı Missiya.Az