AZ

Fransalı deputat: “ABŞ Azadlıq heykəlini qaytarmalıdır”

Yazını böyüt
Yazını kiçilt

Avropa Parlamentinin (AP) fransalı üzvü Rafael Qluksmann ABŞ-a hədiyyə etdikləri Azadlıq heykəlinin geri qaytarılmasını istəyib.

Hafta.az-ın “Politico”ya istinadən yazdığına görə, AP Sosialistlər və Demokratlar Qrupunun 45 yaşlı üzvü 1886-cı ildə Nyu-Yorkda açılan nəhəng heykəlin ABŞ-ın tiranların tərəfinə keçdiyi üçün geri qaytarılmasını zəruri sayıb.

Ölkəsində sol mərkəzçi Xalq Meydanının (Place Publique) yaradıcılarından biri olan siyasətçi partiyasının bazar günü keçirdiyi toplantıda ağzının altında gülərək bu açıqlamaları verib: “Zalımların tərəfini tutan və elmi azadlıq tələb edən tədqiqatçıları ölkədən çıxaran amerikalılara deyəcəyik: “Bizə Azadlıq Heykəlini geri verin”. Sizə hədiyyə etmişik, amma deyəsən vecinizə deyil. Onda onun burada - öz evində olması daha yaxşıdır”.

İnşa edildiyi gündən ölkənin simvolu olan Azadlıq heykəlinin sağ əlində məşəl, sol əlində isə lövhə var.

Lövhədə İstiqlal Bəyannaməsinin dərc olunduğu tarix 4 iyul 1776-cı il yazılıb. Heykəlin başındakı tacın 7 guşəli ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir.

Ziyarətçilər postamentlə birlikdə hündürlüyü 93 metr olan heykəlin içindən 168 pilləli pilləkənlə məşələ qalxa bilərlər.

1884-cü ildə Fransada heykəl tamamlandıqdan bir il sonra 350 parçaya bölünərək 214 qutuda Nyu-York limanına çatdırılıb. Parçalar 4 ay ərzində postament üzərində yenidən yığılıb və heykəl 28 oktyabr 1886-cı ildə açılıb.

Seçilən
11
hafta.az

1Mənbələr