Müğənni Nazənin Salayeva "Xəzər axşamı" verilişində cənub zonasındakı bayramqabağı bahalıqdan söz açıb.
Missiya.Az xəbər verir ki, ifaçı orada satılan balıqların qiymətinin 500 manata çatdığını bildirib:
“Bizim cənub elində indi balıq qırğını yaşanır. Balığın qiyməti kəllə-çarxa qalxıb. Qiyməti 500 manatdır. Həsirin satan kim, üzüyünü satan kim… Satıb balıq alırlar”.
Zərintac Mayisqızı Missiya.Az