AZ

HƏMAS: İsrail atəşkəsi birtərəfli şəkildə pozdu

HƏMAS İsrailin Qəzzaya hücumlarını davam etdirməklə atəşkəsi birtərəfli şəkildə pozduğunu bəyan edib.

Bakıvaxtı.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahunun bu vəziyyətə görə məsuliyyət daşıdığı bildirilib və ABŞ, Qətər və Misir kimi vasitəçilərə çağırış edilib.

Beyaz Saray Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz isə HƏMAS-ı günahlandıraraq, təşkilatın girovları azad etməklə atəşkəsi uzada biləcəyini, lakin bunun əvəzinə müharibəni seçdiyini deyib.

HƏMAS-ın açıqlamasında İsrailin hücum qərarının girovları naməlum taleyə məhkum etdiyi vurğulanıb və BMT Təhlükəsizlik Şurası İsrailin hücumlarına qarşı tədbir görməyə çağırılıb.

Nuriyyə Musayeva

Seçilən
2
bakivaxti.az

1Mənbələr