AZ

Qardaşlıq örnəyi: 110 illik  tarix, Çanaqqala zəfəri, 3 min azərbaycanlı şəhid ...

Türk tarixinin şərəf salnaməsi sayılan Çanaqqala Zəfəri tə Türkiyə türklərinin deyi bütün türk dünysıınn zəfəri hesab edilir.
Xüsusən Azərbaycan türklləri bu zəfərlə hər zaman öz xalqının zəfəri kimi fəxr edib.


Əvvəlcə oxucularımıza Çanaqqala Zəfəri haqqında məlumat verək , sonra keçək əsas məsələyə:
1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən Çanaqqala döyüşündə Türkiyə təsdiq etdi ki, necə deyərlər, türkün qolu bütükməz! Aradan 110 il keçsə də bu tarixi hadisə həmişə öz böyük əhəmiyyəti ilə yaddaşlarda yaşayacaq.
Deməli, mənbələr bildirir ki, Antanta dövlətləri (İngiltərə, Fransa, Anzaklar- )Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girirlər. Ancaq hücumları müvəffəqiyyətsiz olur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilirlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşir, hər vətəndaşın xatirəsində qalır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərir.

Türk Qurtuluş Savaşına da təsir edən bu döyüşə 3 mindən çox azərbaycanlı qatılır. Onar daa eynən türk qraşları kimi türkçülük, İslam və Vətən uğrunda canlarından keçir. Döyüşdə qəhrəmancasına şəhid olan 253 min məhmətçiklə birgə 3 min Azərbaycan türkü də şəhiudlik zirvəsinə ucalır. Beləiklə, İstanbul fəth edilməz, Çanaqqala keçilməz şüarıı gerçəkləşdi.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan eilir. Bu gün , bu tarix bir millət, iki dövlətin bir ideya uğrunda, qardaşlıq naminə fəxr edəcəyi bir gündür.
Bu qardaşlğıın, azərbycanlıların bu jestinin qarşılığında qardaşlaarımız da qey qalmayıb. Azərbaycann ən çətin dövrünə özərini öməyə çatdırıblar. Xatıradınız yəqin ki: 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazdılar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi.

Bax ,elə məqalənin bu anında yadıma bir misal düşdü. 2 il əvvəl Azərbaycan lideri İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı bir təbrik məktubu yayıldı. Məktubda qeyd olunmuşdu ki, qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələr, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. "Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsindədir”.

Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”.

 Əntiqə Rəşid

Seçilən
6
adalet.az

1Mənbələr