AZ

Konor Makqreqor ailəsi ilə birlikdə Ağ Evi ziyarət edib

ABŞ Prezidenti Donald Tramp keçmiş UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqoru ailəsi ilə birgə Oval kabinetdə qəbul edib.
 
Konorun həyat yoldaşı Di Devlin, eləcə də dörd övladı - oğul Konor, Kroya, Rayan və Mak Ağ Evdə Trampla söhbətləşiblər.
 
Makqreqor administrasiyanın digər üzvləri ilə də görüşüb. O, hazırkı İrlandiya hökumətini tənqid edib.
 
Qeyd edək ki, daha əvvəl milyarder İlon Maskın Ağ Evə övladı X ilə birgə gəlməsi gündəm olmuşdu.
 
 
Seçilən
5
3
moderator.az

10Mənbələr