AZ

Almaniya prezidenti Ermənistan və Azərbaycana səfər edəcək » AzadMedia.az


Almaniya prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender martın 30-dan aprelin 2-dək Ermənistan və Azərbaycanda səfərdə olacaqlar. Bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Almaniya prezidenti bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Almaniya Federativ Respublikası Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, bu, onun hər iki ölkəyə ilk səfərləri olacaq.

“Ermənistanda federal prezident prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. O, həmçinin TUMO texnoloji təhsil mərkəzinə baş çəkəcək və mədəni qəbulda iştirak edəcək”, - məlumatda deyilir.

Ermənistanda olduğu ikinci gün federal prezident Dilicana səfər edəcək. O, erməni qadın sahibkarlarla söhbət edəcək, şəhərsalma proqramı ilə tanış olacaq.

"Almaniya prezidenti Sevan gölü kilsəsinə və Helmholtz Ətraf Mühitin Tədqiqatları Mərkəzi ilə birgə işləyən Hidrometeorologiya və Monitorinq Mərkəzinə baş çəkəcək", - Almaniya prezidentinin rəsmi saytında bildirilir.
Seçilən
2
1
azadmedia.az

2Mənbələr