AZ

AMB: "Azərbaycan iqtisadiyyatına birbaşa 7 milyard dollarlıq xarici investisiya yatırılıb"

Azərbaycan iqtisadiyyatına birbaşa 7 milyard dollar xarici investisiya yatırılıb. Birləşmiş Krallıq 1,8 milyard investisiya ilə ilk yerdə qərarlaşıb.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.

O bildirib ki, portfel investsiyalar kəsirlidir, kəsir 1,6 milyard dollar təşkil edir. Kəsiri yaradan aktivlərin 700 milyon dollar artması, öhdəliklərin isə 960 milyon azalması olub.

"700 milyon dollar aktivlər artıb, belə ki ölkədə fəaliyyət göstərən müəssisələr xaricdən qiymətli kağızlar alıb. Maliyyə öhdəlikləri isə 960 milyon azalıb. Vaxtı çatmış dövlət qiymətli kağızları dövlət tərəfindən yenidən geri alınıb. Digər investsiyalar balansı kəsirlidir, kəsir 2,8 milyard dollar təşkil edir" - deyə direktor vurğulayıb.

Seçilən
21
fed.az

1Mənbələr