AZ

Dəhşətli YANĞIN: Beş uşaq yanaraq ÖLDÜ

Başqırdıstanda ikimərtəbəli yaşayış binasında baş verən yanğında beş uşaq və bir kişi ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib. Başqırdıstanda yaşayış binasında baş verən yanğında 5 uşaq ölüb.

Çərşənbə axşamı, martın 18-nə keçən gecə Başqırdıstan Respublikasının Davlekanovski rayonunun Vpered kəndində yaşayış binalarından birində faciəli yanğın baş verib.

Yanğın ikimərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzildə aşkarlanıb.

Yanğın nəticəsində dörd əkiz olmaqla beş uşaq və bir kişi ölüb.

İlkin məlumata görə, yanğına səbəb asma tavan ola bilər.

Xilasedicilər mənzildə beş azyaşlı uşağın cəsədini aşkar ediblər: 7 yaşlı qız, 5 yaşlı iki əkiz qız, iki 3 yaşlı əkiz oğlan və 33 yaşlı kişi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
interpress.az

1Mənbələr