AZ

Dövlət Proqramının icrası ilə əlaqədar NDU-da görülən tədbirlər açıqlanıb

“NDU nəzdində Gimnaziya açılıb, Kembric Universitetinin lisenziyası əsasında NDU Beynəlxalq Kembric Məktəbi fəaliyyətə başlayıb. Beynəlxalq əməkdaşlıq gücləndirilib. Universitet ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıqlar qurulub, birgə proqramların təşkili məqsədilə bir sıra səfərlər həyata keçirilib”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025- ci il üzrə prioritetlərə həsr olunan brifinqdə jurnalistlərin diqqətinə çatdırıb.

 

Rektor vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial- iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində universitetdə əsaslı fəaliyyətlər olub. Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq dünyanın texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən Universitetdə IBM Mərkəzi istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da 21 tələbə ilə Tibb ixtisası üzrə SABAH qrupları yaradılıb. NDU-da Tibb tədrisi üzrə ikinci kampus tikilməsi nəzərdə tutulub. Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında birgə proqramların təşkili, mövcud "ikili diplom" proqramlarının icra edilməsi, müəllim və tələbərin mobilliyi, xaricdən akademik heyətin tədrisə cəlb olunması, NDU-nun akademik və köməkçi heyətinin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, NDU-nun IELTS və SAT imtahan mərkəzlərində qrafik üzrə imtahanların uğurla keçirilməsi, IBM mərkəzinin infrastrukturunun təkmilləşdirilməsi, NDU-da təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədilə təşviqat işlərinin
davam etdirilməsi planlaşdırılıb.


Qeyd olunub ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq 2022-ci ildə NDU-da yaradılan IELTS Mərkəzi, 2023-cü ildən fəaliyyət göstərən SAT Qeydiyyat və İmtahan mərkəzinin xarici universitetlərdə təhsil almaq istəyən şagirdlərə təhsilə əlçatanlığını təmin edib. IELTS Qeydiyyat və İmtahan mərkəzində 250 müəllim, tələbə və şagird imtahan verib. 2023-cü ildən fəaliyyət göstərən SAT Qeydiyyat və İmtahan mərkəzində 216 şagird imtahan verib. Həmçinin 5 nəfər xarici vətəndaşlar İran və Türkiyə vətəndaşı imtahanlarda iştirak edib.


Rektor beynəlxalq tələbə-müəllim mübadiləsi yönündə fəaliyyətlərən söz açıb. Qeyd edib ki, 2020-2024-cü illlərdə ikitərəfli əməkdaşlıqlar çərçivəsində 90-a yaxın müəllim-tələbə mübadilədə iştirak edib, hər il 200-dən çox Tibb fakültəsi tələbəsi Türkiyənin Hacettepe, Ege, Ankara, Qazi, Qara Dəniz Texnik Universitetlərində staj keçiblər. Tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi üçün əcnəbi professorların cəlbi davamlı olaraq diqqətdə saxlanılıb. 2024-2025-ci tədris ilində 17 əcnəbi professor tədris prosesinə, 20 əcnəbi professor tədqiqat prosesinə və 23 əcnəbi professor isə təlimlərə cəlb edilib. Bura Türkiyə, Yaponiya, Niderland, Amerikanın nüfuzlu universitet və elmi tədqiqat institutlarının alimləri daxildir. Bu da universitetin ümumi akademik heyətinin
10.7 %-ni təşkil edir.

Seçilən
18
3
azedu.az

4Mənbələr