AZ

ABŞ-dan İsrailin hücumları ilə bağlı bəyanat: Bədəlini ödəyəcəklər

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampa Qəzza zolağındakı Fələstin anklavına hücum planları barədə xəbərdarlıq edib.

Publika.az "Fox News"a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.

“Prezident Trampın açıq şəkildə ifadə etdiyi kimi, HƏMAS, "Husilər", İran – təkcə İsraili deyil, Amerika Birləşmiş Ştatlarında da terror etmək istəyənlərin hamısı bunun bədəlini ödəyəcəklər”, – Kerolayn Levitt vurğulayıb.

Mətbuat katibi əvvəlki Co Bayden administrasiyasını səriştəsizlikdə günahlandırıb və hər kəsi Ağ Evə qayıdan respublikaçının hərəkətlərini "ciddi qəbul etməyə" çağırıb.

Qeyd edək ki, HƏMAS-ın hədəflərinə qarşı kütləvi hücum fevralın 18-nə keçən gecə başlayıb və artıq 200-dən çox fələstinlinin ölümü ilə nəticələnib. Əməliyyat İsrailin “siyasi eşalonu ilə razılaşaraq” "Şin Bet" kəşfiyyat xidmətinin dəstəyi ilə İsrail Silahlı Qüvvələri tərəfindən həyata keçirilir.

Seçilən
0
publika.az

1Mənbələr