AZ

Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2 nəfər itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, martın 19-da Daşqın Nəsrəddin oğlu Behbudov Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında, Atakişi Qəhrəman oğlu Atayev isə Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Seçilən
45
1
azertag.az

2Mənbələr