AZ

Azərbaycan neftinin orta illik ixrac qiyməti açıqlanıb

2024-cü ildə "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta ixrac qiyməti təxminən 84 ABŞ dolları təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O, xatırladıb ki, ötən il Azərbaycan xam neft və neft məhsullarının, təbii qazın ixracından təxminən 23 milyard ABŞ dolları gəlir əldə edib, ölkənin qeyri-neft ixracının dəyəri isə 3,4 milyard ABŞ dolları civarında olub.

© "Report"

Seçilən
9
2
marja.az

3Mənbələr