AZ

HƏMAS-ın bir neçə "nazir"i zərərsizləşdirilib

Qruplaşmanın adı çəkilməyən iki nümayəndəsinin "Agence France-Presse" xəbər agentliyinə verdiyi məlumata görə, ölənlərin arasında HƏMAS-ın "Daxili İşlər Nazirliyi"nin rəhbəri Mahmud Əbu Vətfa da var.

Eyni zamanda, Qəzzadakı jurnalistlər bildirirlər ki, zərbələr əsnasında HƏMAS-ın siyasi bürosunun üzvü, hökumətin fəaliyyətinin monitorinqi komitəsinin rəhbəri (Baş nazir səviyyəsində) İssam Dəalis də zərərsizləşdirilib.
Yaxın Şərqdə müharibə yenidən qızışdı

Ölən terrorçu rəhbərləri arasında həmçinin HƏMAS-ın fövqəladə hallar komitəsinin rəhbəri Əbu Übeydə Əl-Cəmasi, "Daxili İşlər Nazirliyi"nin ali rütbəli nümayəndəsi Behcət Əbu Sultan və Qəzza üzrə "Ədliyyə Nazirliyi"nin Baş direktoru Əhməd Əl-Xəttanın da adları çəkilir.

Xatırladaq ki, İsrail Ordusu bu gecə saatlarından başlayaraq Qəzza zolağını yenidən atəşə tutmağa başlayıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
2
azvision.az

3Mənbələr