Madrid "Atletiko"sunun futbolçusu Antuan Qrizmann La Liqada Lionel Messinin rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, fransız hücumçu İspaniya çempionatında oyun sayına görə Messiyə çatıb.
Hər iki futbolçunun hesabında 520 qarşılaşma var. Qrizmann mütləq rekorda sahib olmaq üçün cəmi 1 matçda iştirak etməlidir.
La Liqada oyun sayına görə ilk "10-luğ"a düşən digər futbolçular bunlardır: Kərim Benzema (439), İvan Rakitiç (438), Dani Alves (436), Marselyo (386), Luka Modriç (386), Valeri Karpin (384), Roberto Karlos (370) və Mauro Silva (369).