AZ

Premyer Liqa klubunda bu şəxs köhnə işinə qaytarılır

“Səbail”in baş məşqçisi Elvin Məmmədovun köməkçilərindən biri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Vüqar Bəybalayev məşqçilər heyətində yer alacaq. O, Məmmədovun köməkçisi kimi çalışacaq.

Bəybalayev daha öncə də bu vəzifəni icra edirdi. Ancaq sabiq baş məşqçi Cavid Hüseynov onunla işləmək istəməmişdi.

Hüseynov komandadan ayrıldıqdan sonra isə Elvin Məmmədov yenidən Bəybalayevi məşqçilər heyətinə daxil edib.

Seçilən
8
idmanxeber.az

1Mənbələr