"İnter" baş məşqçisi Simone İnzaqi ilə yeni əmək müqaviləsi bağlaya bilər.
90deqiqe.Az-ın məlumatına görə, "neradzurri"nin rəhbərliyi mütəxəssisə 2027-ci ilin ortalarına qədər yeni müqavilə təklif etməyi planlaşdırır. Artıq tərəflər arasında danışıqlar başlayıb.
Xatırladaq ki, Simone 2021-ci ilin yayından “İnter”in baş məşqçisidir. Məşqçinin rəhbərliyi altında Milan komandası A Seriyasının çempionu olmaqla yanaşı, ölkə kubokunu və Superkubokunu da qazanıb. İtaliya çempionatının cari mövsümündə "İnter" 29 turdan sonra 64 xal toplayıb. İnzaqinin komandası ən yaxın izləyicisini 3 xal qabaqlayaraq birinci yerdədir.