AZ

XII Qlobal Bakı Forumu bütövlükdə dünya qarşısında duran əsas problemlərin müzakirəsinə imkan yaratdı - RƏY

Bakı, 18 mart, AZƏRTAC

Qlobal iqtisadi və siyasi böhranlar, iqlim dəyişikliyi və texnoloji inqilablar son onilliklər ərzində dünyada bir çox ciddi dəyişikliklər yaradıb. XII Qlobal Bakı Forumunda bu məsələlərin gündəliyə salınması təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın qarşısında duran əsas problemlərin müzakirəsinə imkan yaratdı. Forumda dünyada yeni nizamın qurulması ilə bağlı səsləndirilən fikirlər, gənclərin səsinin eşidilməsi, idarəçilikdə və vacib qərarların qəbulunda onların da mövqeyinin nəzərə alınmasının vacibliyi hamıda gözəl gələcək barədə arzuların reallığa çevriləcəyinə inam yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qərbi Azərbaycan milli-mədəni inkişaf” İctimai Birliyinin təsisçisi Seyid Aynur səsləndirib.

Onun sözlərinə görə, dövlətimizə qarşı ədalətsiz mövqe tutan, Qərbi Azərbaycan həqiqətlərini, Qərbi Azərbaycan qaçqınlarının doğma ocaqlarına qayıdış hüququnı görməzdən gələn ölkə və təşkilatlara bəyanatların ünvanlanması, Qərbi Azərbaycan İcmasının 6 sənədinin BMT Baş Assambleyasının, Təhlükəsizlik Şurasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılması Azərbaycan diplomatiyasının növbəti möhtəşəm uğurudur

“Böyük Ermənistan haqda sayıqlamalar Macenta kimi tanınan, fiziki olaraq heç bir dalğa ölçüsü olmayan, rəng olduğu deyilsə də, əslində, təbiətdə mövcud olmayan bir “rəng” haqqında danışmağa bənzəyir. Bu dırnaqarası rəngi görməyimizin tək səbəbi bioloji hadisə, yəni, rəngin tamamilə beyin, təxəyyül məhsulu olmasıdır. Ermənistanın Qərbi Azərbaycanı öz torpağı kimi qələmə verməsi elə buna bənzəyən uğursuz fantaziyadır. Əsrlərdir öz soyqırımı siyasətini türklərə, azərbaycanlılara qarşı dayanmadan həyata keçirən bu xalq hələ də özünün uydurduğu yalanlar dünyasında yaşayır, gah sülh çağırışları edir, gah da dövlətimizə qarşı təxribatlara əl atır. Son günlərdə ermənilərin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmaları onların ağıllanmadıqlarını, hər an regionda sakitliyi pozmağa hazır olduqlarını bir daha sübut edir. Ermənistana havadarlıq edən, azərbaycanofob siyasət yürüdən dövlətlərin əlləri qan içində olsa da, vicdanları nədənsə çox rahatdır. Qərbi Azərbaycan ərazisində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqlara çevrilməsi, 600 qəbiristanlığın ermənilər tərəfindən tamamilə yox edilməsi insanlığa sığmayan misilsiz vəhşilikdir”, - deyə Seyid Aynur bildirib.

Seçilən
26
1
azertag.az

2Mənbələr