AZ

37 yaşında karyerasını bitirdi

Fransalı futbolçu Kevin Qameyro peşəkar futboldan ayrıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı hücumçunun son klubu 2024-cü ilin yayında tərk etdiyi "Strasburq" olub.

O, "Loryen", PSJ, "Sevilya", "Atletiko" və "Valensiya"da da çıxış edib. Karyerası ərzində Avropa Liqasının 4 qat qalibi, Fransa çempionu və İspaniya Kubokunun qalibi olub.

Kevin Qameyro Fransa millisində 13 oyun keçirib və 3 qol vurub.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr