AZ

İki ayda 57 min hektar sahədə yazlıq bitkilər əkilib

Bu ilin yanvar-fevral aylarında 57,1 min hektar sahədə yazlıq bitkilər əkilib. 

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır. 

Qeyd edək ki, ötən ilin eyni dövründə 64,1 min hektar sahədə yazlıq bitkilər əkilib.

Əkilən sahənin 11,0 min hektarını dənli və dənli paxlalı bitkilər əhatə edib. Bu sahənin 35,0 min hektarı dən üçün qarğıdalıya ayrılıb. 10,0 min hektar sahədə kartof, 11,8 min hektar sahədə tərəvəz, əkilib.

Bundan başqa, 0,1 min hektar sahədə bostan bitkiləri, 44,0 min hektar sahədə dən üçün günəbaxan, 0,3 min hektar sahədə şəkər çuğunduru, 20, 8 min hektar sahədə çoxillik otlar və 3,2 min hektar sahədə birillik otlar əkilib.

Maya Hüseynova

Seçilən
12
valyuta.az

1Mənbələr