AZ

Fransa millisinin sabiq hücumçusu karyerasını bitirdi

Fransa millisinin sabiq hücumçusu Kevin Qameyro peşəkar futbolçu karyerasını bitirdiyini bəyan edib.

Fanat.Az xəbər verir ki, ön xətt oyunçusu 37 yaşında butslarını mıxdan asıb.

Qameyro "Loryen", PSJ, "Sevilya", "Atletiko Madrid" və "Valensiya"da da çıxış edib. O, 4 dəfə Avropa Liqasının, Fransa çempionatının və İspaniya Kubokunun qalibi adını qazanıb.

Son klubu 2024-cü ilin yayında tərk etdiyi "Strasburq" olan Kevin Fransa millisində 13 matça çıxaraq 3 qol vurub. 

Seçilən
11
fanat.az

1Mənbələr