“Kalaşnikov” konserni 2025-ci ildə dövlət müdafiə sifarişi çərçivəsində “Kub” idarə olunan sursatların ilk partiyasını Rusiya ordusuna təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.
Konsernin mətbuat xidməti bildirib ki, ötən il “Kub-E” idarəolunan döyüş sursatlarının xaricə tədarükü üzrə ilk müqavilə imzalanıb.
“Kub” idarəolunan döyüş sursatları düşmənin taktiki dərinliyində tək və qrup zirehli texnikasını məhv etmək üçün nəzərdə tutulub. Kamikadze pilotsuz uçan aparatdan həm gündüz, həm də gecə, küləyin sürəti 10 m/s-ə qədər olan vaxtlarda istifadə oluna bilər. Kompleksin idarəetmə sistemi real vaxt rejimində idarəetmə əmrlərinin ötürülməsinə imkan verir.
Bəxtiyar CƏFƏRLİ