AZ

ABŞ-nin Yəmənə zərbələri nəticəsində iranlı hərbçilər həlak olub

Bakı.Trend:

ABŞ ordusunun Yəmənin Hodeydə əyalətinə endirdiyi zərbələrnəticəsində həlak olanlar arasında İranın İnqilab keşikçilərikorpusunun hərbi müşavirləri yer alıb.

Trend xəbər verirki, bu barədə "Sky News Arabia" məlumat yayıb.

Telekanalın mənbələrinə görə, Hodeydəyə hücum nəticəsində “ƏnsarAllah” qiyamçı hərəkatına dəstək göstərdiyi iddia olunan İranın “ƏlQüds” xüsusi təyinatlı hərbçilər həlak olub.

Hadisənin təfərrüatı və dəqiq itki sayı açıqlanmır.

Bundan əvvəl "Al Hadath" telekanalı ABŞ-nin Hodeydiyəyəendirdiyi zərbələr nəticəsində onlarla husinin həlak olduğunubildirmişdi. Telekanalın məlumatına görə, həlak olan döyüşçülərAmerika zərbələrinin əsas hədəfinə çevrilmiş Ə-Səlif rayonundaolublar. Zərbələrdən sonra rayonda yerləşən metallurgiya zavodununməhv edildiyi bildirilir. “Al Hadath” husilərin həmin obyektdənhərbi məqsədlərlə istifadə etdiyini iddia edir.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr