2024-cü ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 438,1 milyon ABŞ dolları olub.
Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 4 milyard 671,1 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 43,9 % az), kapital hesabındakı 1,4 milyon dollarlıq kəsir (6,9 dəfə az), maliyyə hesabındakı 5 milyard 001,1 milyon dollarlıq kəsir (əvvəlki il 16,7 % çox), balanslaşdırıcı maddələr üzrə 106,7 milyon dollarlıq kəsir (əvvəlki il profisit olub) hesabına formalaşıb.
Xatırladaq ki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356,4 milyon dollar profisit olmuşdu.
Mərkəzi Bank bildirir ki, 2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında profisit olsa da kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) 5 milyard dollar kəsir yaranıb. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlı xarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri, yəni tədiyə balansı 438,1 milyon dollar azalıb.
Vasif