AZ

Azərbaycandan çıxan valyuta, ölkəyə daxil olanı üstələyib - 438 MİLYON DOLLARLIQ KƏSİR

Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə Tədiyə balansını açıqlayıb.

Marja.az xəbər verir ki, 2024-cü il üzrə tədiyyə balansında 438.1 milyon dollarlıq kəsir yaranıb. Müqayisə üçün qeyd edək kik, 2023-cü il üztə Tədiyyə balansında 5 milyard 356.4 milyon dollarlıq profisit olmuşdu. 

"2024-cü il üzrə tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənmişdir. Cari əməliyyatlar balansında 4.7 mlrd.$ həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə bağlı) isə 5.0 mlrd.$-lıq kəsir yaranmışdır. Bu dövrdə bir sıra strateji əhəmiyyətli layihələrin və tədbirlərin icrası, habelə iri həcmli maliyyə öhdəliklərinin ödənişi ilə bağlıxarici valyutada dövlət xərclərinin artımı nəticəsində ölkənin strateji valyuta aktivləri 438.1 mln.$ azalmışdır. Bu dövrdə xam neftin orta qiyməti 84.0$/barel2 olmuşdur", -2024-cü il üzrə Tədiyə balansın deyilir.

2023-cü il üzrə Tədiyyə balansında bildirilmişdi:

"2023-cü il üzrə tədiyə balansı1 əsasən qlobal əmtəə bazarlarında neft və qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 8.3 mlrd.$ həcmində profisit formalaşmış, kapitalın və maliyyənin hərəkəti balansında isə 4.3 mlrd.$-lıq kəsir yaranmışdır. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 5.4 mlrd.$ artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 86$/barel olmuş, qeyri-neft-qaz ixracı isə 11.1% artaraq 3.3 mlrd.$ səviyyəsində formalaşmışdır".

Seçilən
5
1
marja.az

2Mənbələr