Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,9 mln. ton yük, 1413,6 min sərnişin daşınıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə yük daşınmasında 1% azalma, sərnişin daşınmasında isə 12,1 faiz artım müşahidə olunub.