Çelyabinsk vilayətinin Aşa şəhərini daşqınlar basıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Çelyabinsk vilayətinin Aşa şəhərini daşqınlar basıb.
Bir neçə saat ərzində Aşa şəhərinin ən azı iki rayonu – Çapayevski və Kozinski kəndləri su altında qalıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Sim çayında kəskin istiləşmə və güclü yağış nəticəsində sular daşaraq yaşayış binalarını basıb.
Xuraman Etibarlı
İnterpress.az