AZ

Yüksək Liqa: Bu gün 12-ci turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edəcək.

Tura saat 14:00-da “Olimpik Star”da start veriləcək. Əvvəlcə “Neftçi” İK U-19 yığmamızla üz-üzə gələcək. Günün digər oyunları da eyni məkanda baş tutacaq. “Baku Fire” “Şuşa”nı, “Araz-Naxçıvan” isə “Yasamal Bakı”nı sınağa çəkəcək.

Yüksək Liqa
12-ci tur
18 mart

Neftçi İK – U-19
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Ramil Namazov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Baku Fire – Şuşa
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Araz-Naxçıvan – Yasamal Bakı
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Seçilən
18
arena.az

1Mənbələr