AZ

Azərbaycanın birbaşa xarici investisiyalar üzrə maliyyə aktivləri 742 milyon dollar atıb

Bakı. Trend:

Ötən il Azərbaycanın birbaşa xarici investisiyalar üzrə xalismaliyyə aktivləri 742.4 milyon ABŞ dolları artıb, xalis maliyyəöhdəlikləri isə 226.5 milyon ABŞ dolları azalıb.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdəncəlb olunmuş sərmayələrin ümumi məbləği 7 milyard ABŞ dolları,xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyalarınhəcmi isə 1.8 milyard ABŞ dolları olub.

Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968.9 milyon ABŞdolları kəsir yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyalarınstrukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80.7% təşkil edib.2024-cü il üzrə tədiyə balansında birbaşa xarici investisiyalarmaddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1,2milyard ABŞ dolları) azalması neft-qaz sektoru üzrə cəlb olunmuşinvestisiya ilə (5,7 milyard ABŞ dolları) həmin sektor üzrəkapitalın repatriasiyası (-6,9 milyard ABŞ dolları, əsasənbeynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbiiqaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdənformalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuşbirbaşa xarici investisiyaların ümumi məbləği 32.1% azalaraq 1.4milyard ABŞ dolları olub.

Seçilən
13
az.trend.az

1Mənbələr