AZ

"Mançester Yunayted" Almaniya klubunun hücumçusunu transfer etmək istəyir

“Ayntraxt”ın (Frankfurt) hücumçusu Huqo Ekitike "Mançester Yunayted"ə keçə bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Nyukasl” və “Arsenal”ın da transfer etmək istədiyi fransız hücumçunun Mançester klubuna keçməyə maraqlı olduğu bildirilir.

Mümkün transferin dəyəri 80 milyon avro olaraq qiymətləndirilir. “Qırmızı şeytanlar” Ekitike üçün indidən hərəkətə keçib və Almaniya klubuna rəsmi təklif göndərib.

22 yaşlı forvardın “Ayntraxt”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Seçilən
4
sportal.az

1Mənbələr