AZ

NDU-da 2000-ə yaxın əcnəbi tələbə təhsil alır

Naxçıvan Dövlət Universiteti (NDU) əcnəbi tələbə kontingentinə görə ölkə universitetləri arasında sıralamada öndədir. 

TƏHSİL.BİZ xəbər verir ki, bunu universitetin rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.Rektor qeyd edib ki, NDU-da 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbə təhsil alır. Hazırda universitetdə bakalavriat, magistratura, rezidentura və doktorantura daxil olmaqla, 250-ə yaxın proqram üzrə hazırlıq aparılır. Ali təhsil ocağının dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələri var. Universitetdə Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisaslar da var. E.İsayev qeyd edib ki, 2024-cü il NDU tarixində 2 198 tələbənin təhsilini bitirməsi ilə ali təhsil ocağının ən çox məzun verdiyi il olub:“Həmçinin  2024-cü ildə Dövlət İmtahan Mərkəzinin ölkə üzrə keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarında NDU-nun məzunları ən yüksək nəticəni göstərib universiteti lider ali məktəbə çeviriblər”.

 

Seçilən
24
tehsil.biz

1Mənbələr