Berlin, 18 mart, AZƏRTAC
İsveçrənin Enqadin bölgəsində kiçik təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan üç nəfər həlak olub. Onların Almaniya vətəndaşları olduqları bildirilir.
Təyyarənin Enqadin Aeroportundan havaya qalxdığı və naməlum səbəbdən idarəetməni itirərək yerə çırpıldığı bildirilir.
Hadisə yerinə xilasedici helikopter və yanğınsöndürənlər cəlb olunub. Qəzanın səbəbləri araşdırılır, həlak olanlar və yaralılar barədə dəqiq məlumat verilməyib.
Elvin Mövsüm
AZƏRTAC-xüsusi müxbiri
Berıin