AZ

Rektor: Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb

Naxçıvan Dövlət Universitetinin (NDU) əməkdaşlarının elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb. TƏHSİL.BİZ xəbər verir ki, bunu universitetin rektoru Elbrus İsayev  "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.

Rektor qeyd edib ki, 2024-cü ildə NDU-nun alimlərinin “Scopus”da indekslənən məqalələrinin sayı 2023-cü illə müqayisədə 5, “Web of Science”də indekslənən nəşr sayı 2 dəfə artıb.E.İsayev əlavə edib ki, 2020-ci ildə universitet üzrə cəmi nəşr sayı 579 olub ki, 1 akademik heyətə düşən nəşr sayı 1,3 olub. 2024-cü ildə nəşr sayı 2400-dən çox olub ki, 1 akademik heyətə düşən nəşr sayı 4,3 olub. Son 5 ildə nəşr sayı 4 dəfədən çox artıb. 1 akademik heyətə düşən nəşr sayı 3,3 dəfə artıb, bu da əvvəlki illərin ən yüksək göstəricisidir.

Seçilən
17
tehsil.biz

1Mənbələr