Vatikan, 18 mart, AZƏRTAC
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhətinin qeyri-müəyyən olmasına və xəstəxana müalicəsinin davam etməsinə baxmayaraq gələn ay Vatikana rəsmi səfər edəcəklər.
AZƏRTAC xəbər verir ki, səfərin planlaşdırıldığı kimi aprelin 7-10-da baş tutacağı bildirilib. Məqsəd Britaniya Kilsəsi ilə Roma Katolik Kilsəsi arasında əlaqələri genişləndirməkdir.
Proqrama Roma və Vatikanda müxtəlif görülər, eləcə də Ravennaya səfər daxildir. III Çarlz Vatikanda Müqəddəs Pyotr Kilsəsini ziyarət edən ilk Britaniya Kralı olacaq, o həmçinin İtaliya parlamentində çıxış edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan