AZ

Məktəblilər arasında proqramlaşdırma müsabiqəsinə başlanılır

Azərbaycan Respublikasının Təhsil İnstitutu və İnformatika üzrə Milli Olimpiada komandasının tərəfdaşı olan “Azercell Telekom” MMC proqramlaşdırma üzrə “Azercell Cup” müsabiqəsini elan edir. 

AzEdu.az xəbər verir ki, müsabiqə 6-7-ci sinif şagirdləri arasında keçirilir və qeydiyyat //azercellcup.org saytı üzərindən aparılır.

Müsabiqənin fəaliyyət planına uyğun olaraq 20-30 mart tarixlərində sınaq turu, 5 aprel tarixində isə birinci tur baş tutacaq. Bir sınaq və üç əsas mərhələdən ibarət olan müsabiqənin sonunda qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar. 

Seçilən
12
azedu.az

1Mənbələr