Kolumbiya millisinin və "Leon"un yarımmüdafiəçisi Xames Rodriges ən yaxşı yarımmüdafiəçi ilə bağlı sorğuda iştirak edib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" suel-cavabı belə çatdırıb:
- Zidan, yoxsa Xames?
- O, çox yaxşı oyunçu idi. Zidan karyerasının ən yaxşı dönəmlərində dünya çempionatının qalibi olub, amma... Xames.
- Xames, yoxsa Modriç?
- Xames.
- Xames, yoxsa Kroos?
- Xames.
- Xames, yoxsa Xavi?
- Öz ampluasında Xames.
Xatırladaq ki, Rodriges 2014-2020-ci illər aralığında "Real Madrid"in futbolçusu olub. O, 2017-2019-cu illərdə icarə əsasında "Bayern Münhen"in formasını geyinib. Cənubi amerikalı futbolçu "Real" ilə 2 dəfə Çempionlar Liqasının, La Liqanın, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.
Nihat