“Mediasiya haqqında qanunda” mediatorların ixtisaslaşdırılması daha yaxşı olar.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu çıxışı zamanı deyib.
Millət vəkili deyib ki, boşanmış şəxslərin mediator olmasına məhdudiyyət tətbiq edilməlidir:
“Boşanan bir şəxs əgər məhdudiyyətlər yoxdursa, gedib sertifikat alır və ailə mübahisələrində medaitor kimi çıxış edir. Məhdudiyyətlər tətbiq olunmalıdır. Ailəsindən və ya bir neçə dəfə boşanan kimsə gəlib sertifikat alıb ailə məsələləri ilə bağlı meditasiya aparmasın.Bütün hallarda mütləq məhkəməyə qədərki proseslərdə mediasiyanın tətbiqi o qədər də doğru olmaz. Vətəndaş əgər mediasiya istəmirsə, birbaşa məhkəməyə müraciət etmək istəyirsə, ona bu hüququ vermək lazımdır”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta