Dəniz suyu ilə təmasda olan şəxslərdə müxtəlif xəstəliklər yaranıb.
Cənubi Avstraliya əyalətindəki iki çimərliyin xəstəliklər səbəbindən bağlandığı açıqlanıb.
Operativ Media xəbər verir ki, səlahiyyətlilər Cənubi Avstraliyanın Adelaida çimərliklərində onlarla ölü balıq və qeyri-adi ağ köpüklər aşkarlayıb.
Qeyd olunub ki, dəniz suyu ilə təmasda olan şəxslərdə müxtəlif xəstəliklər yaranıb.
Hadisədən sonra ərazidəki iki çimərliyin istifadəyə bağlandığı bildirilib.
Məsələ ilə bağlı araşdırmalar başlanılıb.