Gələcəklə bağlı verdiyi pronozlarla daim gündəmdə olan “Simpsonlar” cizgi serialı bu dəfə də diqqətləri öz üzərinə çəkib.
Publika.az xəbər verir ki, serialın 1998-ci il "Sprinqfildin son günü" bölümüdə şəhərin qəfildən qaranlığa qərq olduğu bir səhnə var.
"Elektrik enerjisindən məhrumiyyət" mövzusundan bəhs edən həmin epizodda təqvimlər 2025-ci ili göstərir.
2025-ci ilin ilk üç ayında Amerika və Asiya ölkələrində bu hal artıq yaşanıb. Fevralın 9-da Şri-Lankada meymunun transformatora girməsi nəticəsində ölkə işıqsız qalıb. 22 milyon insanın 24 saatdan çox işıqsız qaldığı hadisə sosial mediada böyük əks-səda doğurub.