"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau İngiltərə Liqa Kubokunun finalında "Liverpul"u məğlub edərək uzun fasilədən sonra titul qazanmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"İstəyirdik ki, klub bizimlə qürur duysun. Yeni yol müəyyənləşdirməyə çalışırıq və ümid edirəm ki, bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Emosiyaların həddi-hüdudu yoxdur. Özümü tanıya bilmirəm. Uzun sürən həsrətdən sonra titul qazanmağı elə arzulayırdıq ki... Bu, tam başqa hissdir. Oyuna yaxşı hazırlaşmışdıq. Əmin idim ki, oyunçular özlərini göstərəcəklər".
Nihat