Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqelərində qərarlaşsa da, bu, CERES-1 raketi ilə 17-ci uğurlu nəqliyyat missiyası olub.
Galactic Energy tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan CERES-1 raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.
İndiyədək CERES-1 ilə 71 peyk orbitə çıxarılıb.