AZ

Xankəndidə internetlə təmin olunan obyekt və evlərin sayı məlum olub

Xankəndi. Trend:

Hazırda Xankəndi şəhərində 94 biznes subyekti və 1209 evtəsərrüfatı yüksək sürətli internet xidməti ilə əhatə olunub.

Trend xəbər verir ki, bunuAztelekom MMC-nin mətbuat katibi Alidə Mustafayeva jurnalistlərəaçıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aparılanbərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMCtərəfindən Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayışyerləri internet də daxil olmaqla, telekommunikasiya xidmətləri ilətəmin olunub:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqSərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldanazad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”naəsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duranprioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdətelekommunikasiya sahəsinin inkişafıdır”.

O bildirib ki, vətəndaşlar xidmətlərə qoşulmaq üçün“Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmətgöstərən Xankəndi şöbəsinə həmçinin qurumun rəsmi saytı vasitəsiləmüraciət edə bilərlər.

Məqalədə:
Seçilən
0
az.trend.az

1Mənbələr