AZ

Naxçıvanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi 5 dəfəyədək artıb

2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edirdisə, 2025-ci ilin ilk 2 ayında bu rəqəm 8-ə çatdırılıb.

Bu barədə Fondun İdarə Heyətinin sədri Vüsal Novruzov muxtar respublikanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, 7 müvəkkil kredit təşkilatı tərəfindən aktiv portfelə daxil olan 45,5 milyon manat vəsait üzrə 318 layihə maliyyələşdirilib. Fond tərəfindən 2025-ci ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə verilən güzəştli kreditlərin layihə sayı üzrə 72 faizi kənd təsərrüfatı, 21 faizi sənaye, 7 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib.

V.Novruzov əlavə edib ki, cari ilin ilk rübü yekunlaşmasa da, verilən güzəştli kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artıb vəmaliyyələşdirilən layihələrin sayında da əhəmiyyətli artım müşahidə olunur. Belə ki, maliyyələşdirilən layihələr ötən ilin illik göstəricisinin 94 faizini təşkil edir.

Seçilən
4
vergiler.az

1Mənbələr