Bakı. TurkicWorld:
"Wizz Air" Qəbələdən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq.
TurkicWorld xəbər verir ki, artıq şirkətin rəsmi saytında iyunun 19-dan etibarən Qəbələ-Əbu-Dabi istiqamində biletlər satışa çıxarılıb.
Biletlərin qiyməti Qəbələdən Əbu-Dabiyə 60 manatdan başlayır.
Qeyd edək ki, Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" şirkəti bu vaxta qədər Azərbaycanda yalnız Bakı şəhərindən uçuşlar həyata keçirirdi.