AZ

BYD-nin bazar kapitallaşması “VW”, “GM” və “Ford” kompaniyalarının ümumi dəyərini üstələyir

Bakı, 18 mart, AZƏRTAC

Çinin avtomobil istehsalçısı BYD-nin bazar kapitallaşması dünyanın ənənəvi avtomobil sənayesi liderləri - “Volkswagen” (“VW”), “Ford” və “General Motors” (“GM”) kompaniyalarının ümumi dəyərini üstələyib.

AZƏRTAC xəbər verir ki, “Handelsblatt” qəzetinin məlumatına görə, martın 18-də Honqkonq birjasında BYD-nin səhmlərinin 6 faiz bahalaşması şirkətin bazar kapitallaşmasını təxminən 162 milyard dollara çatdırıb. Bu da “Volkswagen”, “Ford” və “General Motors” kompaniyalarının ümumi dəyərindən çoxdur.

Bu arada, martın 17-də BYD elektrik avtomobilləri üçün yeni akkumulyator doldurma sistemini təqdim edib. Şirkətdən verilən məlumata görə, yeni texnologiya elektromobilləri təxminən beş dəqiqəyə enerji ilə doldurmağa imkan verir. Doldurmadan sonra avtomobil 470 kilometr məsafə qət edə bilir. BYD 4 min ədəd belə enerji doldurma stansiyası tikməyi planlaşdırır.

Seçilən
3
1
azertag.az

2Mənbələr