AZ

“Real”ın prezidenti bu problemin həllində “Barselona”ya kömək edib?

“Real”ın prezidenti Florentino Peres “Barselona”ya Dani Olmonu qeydiyyatdan keçirməyə kömək edib.

Yanvarın 8-də Ali İdman Şurası (CSD) kataloniyalılara Olmo və Pau Viktoru mövsümün ikinci yarısı üçün müvəqqəti qeydiyyatdan keçirməyə icazə verib.

Sportinfo.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, Ali İdman Şurasının bu qərarında Florentino Peresin rolu olub. O, CSD-nin rəhbəri Xose Manuel Rodriges Uribesə zəng edərək, müvafiq tələblə çıxış edib.

“Real”ın prezidentinin bunu həmkarı Xuan Laportaya kömək etmək və eyni zamanda, La Liqanın rəhbəri Xavyer Tebasa “yerini göstərmək” üçün etdiyi deyilir.

Peres İspaniya superkubokunun finalından (“Barselona” – “Real” 5:2) əvvəl, Səudiyyə Ərəbistanında bunu kataloniyalıların rəhbərliyinə sakitcə etiraf edib.

O, bu barədə Olmoya da stadionun yeraltı çıxışında məlumat verib. Ancaq La Liqanın rəhbəri Tebas açıqlamasında bunun yanlış məlumat olduğuna eyham vurub:

“Mən “Real”ın fanatıyam, Peresin fanatı deyiləm. Bəzi azarkeşlər onun etdiyi hər şeyə heyran olmaqda səhv edirlər. Deyirlər Olmo Florentinonun sayəsində “Barsa”da oynayır”.

Seçilən
2
sportinfo.az

1Mənbələr