AZ

Təcili tibbi yardım maşını yubanır – Bölgədəki oyun baş tutacaqmı?

Bu gün Azərbaycan II Liqasının XVII turu start götürüb.

İdmanxeber.az-ın məlumatına görə, saat 15:30-da başlamalı olan “Şəki Siti” – “Göygöl” matçının start fiti isə hələ də verilməyib. Buna səbəb təcili tibbi yardım maşınının hələ də stadiona gəlməməsidi.

Şəki klubunun rəhbəri Elgün Hüseynov saytımıza bildirib ki, oyun gözlənilən vaxtdan təxminən 20-25 dəqiqə gec başlayacaq. Buna səbəb şəhərdə bayramla bağlı tədbirlərin çoxluğudu.

Bu baxımdan da görüş qeyd olunan vaxtdan bir qədər gec başlayacaq.

Seçilən
0
idmanxeber.az

1Mənbələr