“İnter” baş məşqçisi Simone İnzaqi ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Klub rəhbərliyi mütəxəssisin işindən razıdır və onun müqaviləsini 2027-ci ilin yayına kimi artırmaq niyyətindədir.
“İnter” A Seriyasında 29 turdan sonra 64 xalla liderdir. Komanda Çempionlar Liqasında 1/4 finalda “Bavariya” ilə qarşılaşacaq.