AZ

“Köməyimə ehtiyaclarının olduğunu dedilər” – “Səbail”in yeni məşqçisi

“Cəbrayıl”ın sabiq baş məşqçisi Elhad Nəzirinin işsiz günlərə son qoyduğundan xəbərdarsız. Belə ki, o, məşqçi karyerasına “Səbail”in baş məşqçisi Elvin Məmmədovun köməkçisi kimi davam edəcək.

Mütəxəssis təyinatla bağlı fikirlərini “Football-plus.az”la bölüşdü:

“Klub rəhbərliyindən mənimlə əlaqə saxlayıb köməyimə ehtiyaclarının olduğunu dedilər. Mən də təklifi qəbul etdim. Düzü, müqavilənin şərtlərindən xəbərim yoxdu. Amma qarşıma qoyulacaq hər hansı məqsəd üçün əlimdən gələni əsirgəməyəcəm. İnanıram ki, “Səbail”lə işbirliyimiz uğurlu alınacaq. İlk dəfə Elvin Məmmədovla eyni məşqçilər korpusunda yer alacam. İşimizin öhdəsindən gəlmək istəyirik. Anlaşma prosesində hansısa problemin yaranacağını düşünmürəm. Elvin mən “Cəbrayıl”da çalışanda futbolçum olub. İnşallah, uğurlu olacağıq”.

KƏNAN BAHADIR
Seçilən
14
football-plus.az

1Mənbələr